Xəbər lenti

Almaniya PUA-ları silahlandırmaq istəyir
Dünya08:54 12.05.2020

Almaniya PUA-ları silahlandırmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya pilotsuz uçuş aparatlarını silahlandırmaq niyyətindədir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, belə bir tələblə ölkənin Baş Qərargah rəisi Eberhard Zorn çıxış edib. O, uzun müddətdir Almaniya siyasətində müzakirə mövzusu olan PUA-ların ordunun təhlükəsizliyi üçün böyük önəm kəsb etdiyini bildirib.
"Bu, ümumi mənzərəni daha yaxşı dəyərləndirməyə, əlavə vaxt qazanmağa və hədəflərlə mübarizədə daha dəqiq atışa imkan verəcək".
Zorn PUA-ların döyüş təyyarələri ilə müqayisədə daha yüngül silahlar daşıya biləcəyini və tapşırığın son anda ləğv edilməsinin də mümkün olacağını qeyd edib.
Hazırda Almaniya Əfqanıstan və Malidəki əməliyyatlarda Heron 1 tipli PUA-lardan istifadə edir. Daha müasir olan Heron TP modelinin isə 2021-ci ildən etibarən istifadə edilməsi planlaşdırılır. Bu tip PUA-lar silahlandırıla, kəşfiyyatla yanaşı hücum məqsədilə də istifadə edilə bilir. Lakin hökumət qərarın yalnız bundestaqdan keçəcəyi təqdirdə verilə biləcəyini açıqlayıb.
Camal