Almaniya hökuməti qış dövründə enerjiyə qənaət etmək üçün bir sıra tədbirləri təsdiqləyib və bu tədbirlər və yeni qanunların təsdiqi ilə qaz istehlakını 2% azaltmağı planlaşdırır.
Qaynarinfo bu barədə "Energy.economic times" saytına istinadən xəbər
verir.
Sentyabr ayından xəstəxana kimi qurumlar xaricində ictimai binalar maksimum 19 dərəcəyə qədər qızdırılacaq, dəhliz kimi yerlərdə istilik sistemi tamamilə söndürülə bilər.
İctimai bina və tikililərin bəzək üçün elektrik enerjisindən istifadə edilməsi qadağandır və mağazalar və biznes mərkəzləri bağlandıqdan sonra gecə vaxtı işıqlarını söndürmək tələb oluna bilə, şəxsi hovuzların qızdırılması da qadağan edilə bilər.
Kömür və neft yüklərinin dəmir yolu ilə daşınmasına üstünlük verilməlidir ki, bu da qatar sərnişinlərinin daha çox gözləməsinə səbəb ola bilər.
Almaniya həmçinin insanları enerji istehlakını azaltmaq üçün maarifləndirmək məqsədilə reklam kampaniyası başlatmağı planlaşdırır.
Həmçinin, Almaniya Şimal dənizinin sahillərində saxlama üçün iki mayeləşdirilmiş təbii qaz terminalı tikir.
Bu tədbirlər ölkənin Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.
Qeyd edək ki, Ukrayna müharibəsi başlanana kimi Almaniya qazının 55%-ni Rusiyadan idxal edirdi, lakin indi bunu 35%-ə endirib və tamamilə dayandırmağı planlaşdırır.
M.Arif