Xəbər lenti

Almaniya Rusiyanın dezinformasiyasının miqyasından narahatdır
Dünya11:41 29.08.2023

Almaniya Rusiyanın dezinformasiyasının miqyasından narahatdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Daxili İşlər Nazirliyi Rusiyanın dezinformasiya yaymaq cəhdlərini qeyd edir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle” yazır.
"Rusiya strukturları geniş miqyasda dezinformasiya yaymaqda davam edir. Necə ki, əvvəllər olduğu kimi, məşhur povestlər tirajlanır və aktual mövzular şərh olunur. Eyni zamanda, Rusiya hələ də dövlət və ya dövlətlə əlaqəli aktyorların mürəkkəb şəbəkəsinə arxalanır", deyə nəşr çərşənbə axşamı Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərindən sitat gətirib.
Rəsminin sözlərinə görə, dezinformasiya üçün xüsusilə "Telegram" kimi sosial şəbəkələrdən fəal istifadə olunur. Bir il əvvəl Almaniya Daxili İşlər Nazirliyi saxta, lakin orijinal görünən alman media hesabları və Ukraynaya qarşı müharibə ilə bağlı rusiyayönlü dezinformasiyanın yer aldığı saytlardan narahatlığını bildirib. Sosial şəbəkələrdə saxta hesablar vasitəsilə tanınmış xəbər portallarından orijinal görünən, lakin uydurma xəbərlər yayılır. 
"Son 12 ayda Rusiya dezinformasiyasının miqyası heç də azalmayıb", deyən Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, nazirlik hələ də "xarici təsir və manipulyasiya təhlükəsini" ciddi qəbul edir və onlara qətiyyətlə qarşı çıxır.
Rəsminin sözlərinə görə, dezinformasiya yayan aktorlar Almaniyada ictimai rəyə təsir etmək, alman cəmiyyətində münaqişələri artırmaq, dövlət institutlarına və hökumətin hərəkətlərinə inamsızlığı artırmaq istəyirlər. 
"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan biz Almaniyada Rusiya dezinformasiyasının gücləndiyini qeyd edə bilərik", deyə Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi yekunlaşdırıb.
Nizami Bağırov