Almaniya hakimiyyəti ölkədən taxıl ixracını qorumaq üçün Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən
yazıb.
Anonimlik şərti ilə agentliyin həmsöhbətləri bildiriblər ki, Berlin Kiyevə "əlavə IRIS-T hava hücumundan müdafiə sistemi və daha çox Gepard sistemi ilə təmin edəcək ki, bu da Ukraynanın cənub sahilləri ilə Rumıniyaya daşınan təchizatları təmin edəcək”.
Plana görə, bu sistemlər ilin sonuna qədər Ukraynaya gəlməlidir. Bundan sonra Kiyev daha çox IRIS-T almalıdır, çünki onlar Almaniya tərəfindən istehsal olunur.
Bununla belə, mənbələr bu hava hücumundan müdafiə sistemlərinin hansı marşrutları əhatə edəcəyini və Berlinin Ukraynaya yeni yardım paketinə başqa hansı imkanları daxil edə biləcəyini açıqlamayıb.
Alman deputat Markus Faber agentliyə Ukraynanın əlavə IRIS-T və Gepard qurğuları, eləcə də döyüş sursatları alacağını təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.
Alpər
Şərhlər