Xəbər lenti

Almaniya Ukraynaya Taurus raketlərinin verilməsiylə bağlı mövqeyini dəyişməyib - "Tagesschau"
Dünya13:39 11.08.2023

Almaniya Ukraynaya Taurus raketlərinin verilməsiylə bağlı mövqeyini dəyişməyib - "Tagesschau"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya hökuməti uzun mənzilli "Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsinə münasibətini dəyişməyib. Berlin bildirir ki, onun başqa prioritetləri var.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Tagesschau-ya istinadən məlumat yayıb.
"Taurus" qanadlı raketi ilə bağlı vəziyyət dəyişməyib", - Almaniya hökumətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, indi Almaniyanın Ukraynaya hərbi yardım üçün başqa prioritetləri var. Berlin xüsusilə ağır artilleriya, zirehli texnika və hava hücumundan müdafiə sistemlərinə diqqət yetirir.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Ukrayna Almaniyadan uzaqmənzilli "Taurus” qanadlı raketlərini istəyib. Lakin Almaniya bu tələbi rədd edib.
Alman mətbuatı Berlinin tezliklə "Taurus" qanadlı raketlərinin tədarükünü elan edə biləcəyini yazıb. Bununla belə, ABŞ-la danışıqlar davam edir.
Həmçinin, Spiegel-in yazdığına görə, Olaf Şolts Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə (bu, işğal olunmuş Krım ərazisinə aid deyil) zərbə endirməsini qeyri-mümkün etmək üçün raketlərə texniki modifikasiyalar etmək istəyir. 
Bu arada Bundestaq Şoltsun Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməkdən imtina etdiyinə görə tənqid etməkdə davam edir.
Nizami Bağırov