Xəbər lenti

Almaniya vətəndaşlığı olmayanlar və qadınlar Bundesverə cəlb oluna bilər
Dünya11:48 22.01.2024

Almaniya vətəndaşlığı olmayanlar və qadınlar Bundesverə cəlb oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəskin kadr çatışmazlığı səbəbindən Almaniya Bundesveri ölkə vətəndaşlığı olmayan əsgərlərin, eləcə də qadınların orduya cəlb edilməsi imkanlarını müzakirə edir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Rhenische Post" məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius faktı təsdiqləyib: "Avropada bunu edən ilk silahlı qüvvələr olmayacağıq. Ölkədə ikinci və ya üçüncü nəsildə Almaniyada yaşayan, lakin hələ Almaniya vətəndaşlığı olmayan insanlar var".
Öz növbəsində, Bundestaqın müdafiə komitəsinin sədri Mari-Aqnes Strak-Zimmerman potensial hərbçilərin axtarışı zamanı hakimiyyət orqanlarının "daha çox avropalı şəkildə düşünməsi" lazım olduğunu və alman pasportu olmayan əsgərlər Bundesverdəki uğurlu xidmət sayəsində pasportu daha tez əldə edə biləcəklərini deyib.
Təşəbbüsün müzakirəsi zamanı deputat Yohann Vadeful bildirib ki, ideya yeni deyil, lakin onun həyata keçirilməsi imkanları ilə bağlı çoxlu suallar qalmaqdadır:
"Bu imkan yalnız Avropa İttifaqı və ya NATO ölkələrinin vətəndaşlarına aiddir? Alman dilini tam bilmək lazımdırmı? Almaniya vətəndaşlığı müəyyən xidmət müddətindən sonra verilir, yoxsa lap başlanğıcda?".
Aydın