Xəbər lenti

Almaniya XİN-dən Varşavaya “Leopard”ları Ukraynaya verməsi üçün yaşıl işıq
Dünya06:31 23.01.2023

Almaniya XİN-dən Varşavaya “Leopard”ları Ukraynaya verməsi üçün yaşıl işıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Polşanın Ukraynaya Almaniya istehsalı olan "Leopard 2” tanklarının verilməsinə mane olmayacaq. 
Qaynarinfo xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok Polşanın Almaniyanın icazəsi olmadan tank tədarük edəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Düzdür, o, belə bir sualın verilmədiyini, lakin bu halda Berlinin "yolda dayanmayacağını” qeyd edib.
Polşanın baş naziri Mateuş Moravietski bir qədər əvvəl demişdi ki, Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə Leopard-2 tanklarının tədarükü ilə bağlı razılığa gəlməsə, Polşa digər Avropa ölkələri ilə birlikdə Ukraynanı dəstəkləmək üçün "kiçik koalisiya” yaradacaq.
Qeyd edək ki, Almaniya qanunlarına görə, Almaniya istehsalı olan silahlarla silahlanmış ölkələrin Almaniya hökumətinin razılığı olmadan onları yenidən döyüş bölgəsinə ixrac etmək hüququ yoxdur.
Alpər