Xəbər lenti

Dünya 19:09 10.04.2024

Almaniyada 15 yaşlı gənc terror aktı planlaşdırmaqda ittiham edilir

Almaniyada Milad bazarında terror aktı törətməkdə şübhəli bilinən 15 yaşlı oğlana qarşı ittiham irəli sürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Düsseldorf prokurorluğunun məlumatına görə, 15 yaşlı Eris Di şəriki ilə Leverkuzendə Milad bazarında qaz balonları olan furqonu partlatmağı planlaşdırıb. Terror aktının hədəfi İŞİD terror qruplaşmasının məqsədlərinə uyğun olduğu müəyyən edilib. Cinayəti törətdikdən sonra onlar birlikdə qaçaraq terror təşkilatına qoşulmaq istəyiblər.

2023-cü ilin noyabrında Eris yaxınlaşan hücumu elan etdiyi və potensial qurbanları kafir adlandırdığı bir video çəkib. O, bunu internetdə yerləşdirib və tezliklə saxlanılıb. 

Əfqan şübhəlisi bel çantası ilə məktəbə gedərkən ələ keçib. Yeniyetmənin anası və bacı-qardaşları ilə Burşeyddə yaşadığı məlum olub. O, hazırda həbsdədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->