Almaniyanın paytaxtı Berlində 1 May Əmək Günü münasibətilə təşkil olunan yürüşdə polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yürüşün sonunda bəzi qruplar polisə şüşə butulkalar atıblar. Polisə müqavimət göstərən aksiyaçılar saxlanılaraq polis bölmələrinə aparılıb.