
Almaniyanın Bavariya əyalətinin Ansbah şəhərində partlayış törədilib.
"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 14 nəfər yaralanıb, 1 nəfər həlak olub. Partlayış "Eugens Weinstube" restoranının qarşısında törədilib.
Həlak olan adamın 27 yaşlı Suriya əsilli birisi olduğu aşkar olunsa da, məlum olub ki, o əvvəllər heç vaxt polisin diqqətini çəkməyib.
Əvvəlcə hadisənin qazsızmasından yarandığı barədə versiya ortaya atılıb, sonra isə partlayışın terror aktı olduğu təsdiq olunub.
Qaynarinfo.Az

