Almaniyaya Rusiya-Ukrayna müharibəsindən sonra gələn ukraynalı qaçqınların yarısı üç ildən sonra iş tapıb.
Qaynarinfo bu barədə DW Federal Əmək Agentliyi və Miqrasiya və Qaçqınlar Federal İdarəsinin araşdırmasına istinadla xəbər verir.
Araşdırmaya görə, ukraynalılar işlə təmin olunmaqda digər qaçqınlardan daha üstündür. Bunun səbəbi onların ali təhsilli, sığınacaq prosedurunun sadə olması və dərhal işləyə bilmələridir.
Buna baxmayaraq, ukraynalıların işlə təmin olunma səviyyəsi Almaniya ortalamasından aşağıdır. 2025-ci ilin iyun ayında ölkədə işlə təmin olunma səviyyəsi təxminən 68% olub. Ekspertlər bunu müharibə və miqrasiya səbəbindən yaranan psixoloji travmalarla izah edirlər.
Daha çox qadın olan qaçqınlar uşaqlara tək baxır. 3 yaşa qədər uşağı olan subay qadınların yalnız 21%-i işləyir.
Bundan əlavə, qaçqınların əksəriyyəti qismən işlədikləri üçün dövlət yardımlarına ehtiyacları hələ də yüksəkdir. 2025-ci ilin ilk yarısında işdə olan ukraynalıların 41%-i əlavə ödəniş alan ailələrdə yaşayırdı.
Araşdırma 2022-ci ilin fevral-avqust aylarında Almaniyaya gəlmiş 18-64 yaş arası 1943 qadın və 803 kişi üzərində aparılıb.
Qeyd edək ki, Ukraynanın Mərkəzi Bankı 2026-cı ildə ölkədən 200 min nəfərin miqrasiya edəcəyini, 2027-ci ildən isə geri dönüşlərin başlayacağını proqnozlaşdırır.
Günay
Şərhlər