Xəbər lenti

Almaniyada müsəlmanların məzarları dağıdıldı
Dünya05:42 02.01.2022

Almaniyada müsəlmanların məzarları dağıdıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.
 
Hadisənin yeni il axşamı yerli vaxtla gecə saat 01:30 və ya 02:00 radələrində baş verdiyi təxmin edilir.
Belə ki, şəhərin girişində yerləşən qəbiristanlıqdakı 100-dən çox qəbiristanlıqdan 20-si dağıdılıb.
Əraziyə prokurorluq və polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Ərazidə yaşayan sakinlər dağıdılan qəbirləri yenidən bərpa etməyə çalışır.
Türkiyə Xarici İşlər Nazirliyi cinayətkarların müəyyənləşdirilərək cəzalandırılmasını tələb edib.
 
Xəyal