Xəbər lenti

Almaniyada parlament seçkilərində Ərdoğan təbliğatı
Dünya14:42 17.09.2017

Almaniyada parlament seçkilərində Ərdoğan təbliğatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada miqrantlar tərəfindən qurulan Alman Demokratlar Birliyi maraqlı təbliğat kampaniyası aparıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, partiya üzərinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosu yapışdırılmış və türkcə ifadələr yazılmış maşınlarla türklərin sıx yaşadığı və işlədiyi bölgələrdə təbliğat kampaniyası həyata keçirib.

Türk əsilli vətəndaşlar 24 sentyabrda keçiriləcək parlament seçkilərində iştiraka səslənib və Türkiyə dostu olan partiyaya dəstək olmağa çağırılıblar. Maşından həmçinin Ərdoğanın çıxışları səsləndirilib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel və Ərdoğan arasında münasibətlər son dövrlərdə pisləşib. Bu səbəbdən Ərdoğan Almaniyada yaşayan türkləri Türkiyə dostu olan partiyaya dəstək verməyə səsləmiş və bu, əlaqələrin daha da gərginləşməsinə səbəb olmuşdu.

Gülşən

Qaynarinfo.Az