Xəbər lenti

Almaniyada rok festivalı zamanı İldırım düşdü - 51 yaralı
Dünya13:11 04.06.2016

Almaniyada rok festivalı zamanı İldırım düşdü - 51 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində ən azı 51 nəfər xəsarət alıb.
Bundan əvvəl festivalın təşkilatçıları 42 nəfərin xəsarət aldığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu bildirirdilər.
"Reuters" agentliyi yerli polisə istinadən məlumat verir ki, xəsarət alanların sayı 51 nəfərə çatıb. Səhər saatlarında əksər zərərçəkənlər tibbi yardım üçün müraciət ediblər.(Trend.az)
Qaynarinfo.az