Almaniyanın Heilbronn şəhərində yaşayan bir təqaüdçü barəsində sosial şəbəkədə etdiyi paylaşım səbəbilə araşdırma başlanıb.
Qaynarinfo xəbər verir ki, o, Baş nazir Fridrix Merzi uzunburun işarəsi ilə Pinokyoya bənzədib.
Heilbronner Stimme qəzetinin məlumatına görə, təqaüdçü barəsində Almaniya Cinayət Məcəlləsinin siyasətçilərə qarşı təhqiri nəzərdə tutan 188-ci maddəsi əsasında tədbir görülüb.
Bildirilir ki, ötən ilin oktyabrında Baden-Vürtemberq əyalətində keçirilən təməlqoyma mərasimində iştirak etmək üçün bölgəyə səfər edən Baş nazir Merzlə bağlı təhlükəsizlik tədbirləri barədə Heilbronn Polis Mərkəzi sosial şəbəkə hesabında məlumat yayıb. Şəhər sakini olan təqaüdçü həmin paylaşımın altına münasibət bildirib.
Məlumata görə, o, polis paylaşımına istehzalı cavab verərək uzunburunlu işarə əlavə edib və "Pinokyo Heilbronn-a gəlir” sözlərini yazıb.
Hazırda məsələ ilə bağlı hüquqi araşdırma aparılır.
Günay
Şərhlər