Xəbər lenti

Almaniyanı birləşdirən siyasətçi yuxuda öldü
Dünya13:00 27.12.2023

Almaniyanı birləşdirən siyasətçi yuxuda öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alman siyasətçisi Volfqanq Şöyble 82 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" mənbələri məlumat yayıb.
KİV-in məlumatına görə, o, dekabrın 27-nə keçən gecə yuxuda ölüb.
1990-cı ildə Almaniya Federativ Respublikası və ADR-in birləşməsi haqqında müqaviləni imzalayan Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri kimi Şöyble olub.
Şöyble 18 sentyabr 1942-ci ildə anadan olub. O, 2017-2021-ci illərdə Bundestaqın prezidenti olub, həmçinin daxili işlər naziri (1989-1991, 2005-2009) və maliyyə naziri (1998-2000) vəzifələrində çalışıb. Helmut Kol və Angela Merkelin ofislərində çalışıb. 1990-cı ildə Şöybleyə sui-qəsd edilib və o, ömrünün sonuna kimi iflic vəziyyətdə qalıb, əlil arabasında hərəkət edib.
Alpər