Xəbər lenti

Almaniyanın yeni prezidenti seçildi
Siyasət13:47 12.02.2017

Almaniyanın yeni prezidenti seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın sabiq xarici işlər naziri, sosial-demokrat Frank - Valter Ştaynmayer ölkənin yeni prezidenti seçilib.
Qaynarinfo.Az aznews.az-a istinadən xəbər verir ki, Almaniyanın prezidentini Federal məclis seçir. Məclisə bundestaqın 630 deputatı və federativ ərazilərdən olan 630 nümayəndə daxildir.
Səsvermənin ilk mərhələsində Ştaynmayerə 631 səs lazım idi, bu mərhələdə onun namizədliyinə 931 nəfər səs verib.
Almaniyanın sabiq prezident Yoaxim Qauksa növbəti müddətə namizədliyini irəli sürməkdən imtina edib.
Qaynarinfo.Az