Xəbər lenti

ALP seçkiləri boykot edir?
Siyasət07:30 09.04.2013

ALP seçkiləri boykot edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“…seçkilərdə iştirak etməyin nə mənası var?”

“Situasiya yaranarsa, seçkilərdə iştirak edə bilərik”. Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan təmsil etdiyi partiyanın seçkilərlə bağlı mövqeyini şərh edərkən deyib. 

Partiya sədrinin sözlərinə görə, demokratik mühit olacaqsa, ALP seçkilərdə iştirak edəcək: “Əgər demokratik mühit olmayacaqsa, seçkilərdə iştirak etməyin nə mənası var? Hazırda partiya seçki ilə bağlı qərar verməyib”.

Ə.Temirxan müxalifət partiyalarının Hacıbaba Əzimovun təşkilatçılığı ilə keçirilən görüşünə də münasibət bildirib: “Görüşdə iştirak etmişəm. Görüşlə bağlı mətbuata açıqlama vermək hələki tezdir. Gecikmiş görüş olsa da, təqdirə layiqdir”.

Qeyd edək ki, aprelin 5-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) təşkilatçılığı ilə bir sıra müxalifət partiyalarının rəhbərlərinin görüşü keçirilib. Görüşdə VAMBP sədri Hacıbaba Əzimov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, ACP sədri Sülhəddin Əkbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ALP sədri Əvəz Temirxan, bəzi ziyalılar və QHT nümayəndələri iştirak ediblər.

İlkin
Qaynar.info