Xəbər lenti

Dünya 11:03 27.02.2023

"Altılı masa" hərəkətə keçir: Müxalifətin prezidentliyə namizədi kim olacaq?

Türkiyənin müxalif "Altılıq Masası” blokunun zəlzələ səbəbindən təxirə salınmış "prezidentliyə namizədin müəyyənləşdirilməsi" toplantısı martın 2-də baş tutacaq. Bu toplantıda bloka daxil olan altı partiyanın lideri ilk dəfə konkret isimlər üzrə namizədlik məsələsini müzakirə edəcək.

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) Divanı toplantıdan öncə partiya adından namizədi irəli sürmək üçün tam səlahiyyəti sədr Kamal Kılıçdaroğluna verib. Bu barədə partiyanın sözçüsü Faiq Öztrak məlumat yayıb.

"Məclisimiz prezident seçkiləri ilə bağlı partiyamız adından qərar qəbul etmək üçün tam səlahiyyəti yekdilliklə sədrimiz Kamal Kılıçdaroğluna verdi", deyə Faiq Öztrak bildirib.

Oxşar icazə qərarının blokda təmsil olunan İYİ Partiyada da veriləcəyi gözlənilir. Partiya lideri Meral Akşener bu gün partiyasının Məclis Qrupunun üzvləri, 1 martda isə İdarə Heyətinin üzvləri ilə görüşəcək və bu məsələ müzakirə ediləcək.

Bundan öncə "Altılı masa"nın digər təmsilçiləri - Səadət, DEVA, Gələcək və Demokrat partiyaları öz sədrlərinə namizəd irəli sürmək üçün tam səlahiyyət vermişdilər.

Müxalifətin vahid namizədi hələ bəlli olmasa da, kulisdə adı çəkilən əsas isim CHP lideri Kamal Kılıçdaroğludur. Demokrat partiyasının sədri Gültəkin Uysal da CHP liderini "ən doğru namizəd” olaraq gördüklərini açıqlayıb.

İYİ Partiya isə prosesin əvvəlindən "qalib gələ biləcək namizəd” fikrini müdafiə edir.

Səadət Partiyasının sədri Temel Karamollaoğlu böhran gözləmədiyini deyib. Temel Karamollaoğlu Kamal Kılıçdaroğlundan başqa müzakirələrdə daha iki isimin gündəmdə olduğunu bildirib. Onun sözlərinə görə, bunlar İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mənsur Yavaşdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->