İnsan haqları üzrə vəkil Amal Kluni BMT-dəki ölkələri Ukraynadakı müharibə cinayətlərinə görə beynəlxalq ədalətə fokuslanmağa çağırıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, vəkil bu barədə BMT-nin qeyri rəsmi Təhlükəsizlik Şurası iclasında
bildirib.
"Ukrayna bu gün sallaqxanadır. Avropanın düz ortasında”, - Kluni deyib.
Amal Kluni milli yurisdiksiyada ukraynalı qurbanlar üçün məsuliyyətin təmin edilməsi və Beynəlxalq Cinayət Məhkəməsi ilə işləmək üzrə məsləhət verən beynəlxalq hüquq işçi qrupun üzvüdür.
Amal Kluni 2017-ci ildə BMT Təhlükəsizlik Şurasının onun təbliğatını apardığı, İŞID tərəfindən İraqda törədilən müharibə cinayətlərinə dair sübutların toplanması, qorunması və depolanması məqsədilə BTM komandasının yaradılmasına səs verdiyini xatırladıb. O il Amalın uşaqlarının doğulduğu il olub.
"Artıq uşaqlarımın 5 yaşı var, ancaq bu günə qədər toplanmış sübutların əksər hissəsi BMT arxivindədir. Çünki İŞİD-i mühakimə edəcək beynəlxalq məhkəmə yoxdur”, - deyə o bildirib.
Müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırım və aqressiya cinayətləri ilə məşğul olan Beynəlxalq Cinayət Məhkəməsinin Suriya və İraq üzərində yurisdiksiyası yoxdur, çünki onlar üzv deyillər.
Ukrayna baş prokuroru İrina Venediktovanın ofisi Reuters-ə bildirib ki, onlar ən azı 7 rusiyalı hərbçiyə qarşı müharibə cinayətləri ittihamı irəli sürməyə hazırlaşırlar.
Nurlan
Şərhlər