İdman 16:33 25.02.2023

Şamaxıda sensassiya: "Sabah" məğlub oldu

Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, günün ilk oyunu Şamaxıda keçirilib və eyniadlı komanda ikinci pillədə qərarlaşan "Sabah"ı qəbul edib.

Oyun gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Şamaxı"nın qollarına Amil Yunanov (72 və 90-5ci dəqiqələr) imza atıb. "Sabah"ın qolunu isə Aleksey Kaşuk (77) rəqin qapısından keçirib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Sabah” 53 xalda qalıb. "Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq, son pillədən qurtulub.

Qeyd edək ki, turun ilk iki oyununda "Zirə” səfərdə "Turan Tovuz”a (2:0) qalib gəlib, "Səbail”lə "Qəbələ” birincilərin meydanında heç-heçə (2:2) edib. Bu gün "Sumqayıt”la "Kəpəz”, fevralın 27-də isə "Qarabağ”la "Neftçi” üz-üzə gələcək.