"American Airlines" ləğv edilən "Boeing 737 Max" səfərlərinin sayını artırıb.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, şirkət daha əvvəl 24 aprelə qədər hər gün 90 səfərin ləğv edildiyini açıqlamışdı. Yeni qərara görə, bu müddət 5 iyuna qədər uzadılıb.
Qeyd edək ki, 10 martda Efiopiyada "Boeing 737 Max" təyyarəsi qəzaya uğrayaraq 157 nəfərin ölümünə səbəb olmuşdu. Hadisədən sonra bu model təyyarələrin təhlükəsizliyi məsələsi gündəmə gəlib.
Gülşən