Braziliyada təcrid edilmiş həyat yaşayan qəbiləni aşkara çıxaran amerikalı missioner Stiv Kambell soyqırımda ittiham edilə bilər.
Qaynarinfo xəbər verir ki, missioner ötən ay xarici dünya ilə əlaqəsi olmayan "Hi-Merima" qəbiləsinə aid bölgəyə daxil olub. Bildirilir ki, Kambellin bu addımı "hüquqların pozulması və yerli əhalini ölüm təhlükəsi ilə üz-üzə buraxmaqdır".
Yerli xalqların hüquqlarının müdafiəsi ilə məşğul olan "Survival International" təşkilatı missonerin soyqırımda ittiham edilə biləcəyini açıqlayıb. Kambell özü ilə əraziyə virus keçirə və qəbiləyə yad olan xəstəlik kütləvi ölümə səbəb ola bilər.
Stiv Kambell isə açıqlamasında əraziyə yanlışlıqda daxil olduğunu ifadə edib. O, "Jamamadi" qəbiləsindəki hindulara "GPS" cihazını öyrətmək üçün bölgəyə gedib.
Gülşən