Xəbər lenti

Amerikalı nüfuzlu senator Suriyaya getdi
Dünya09:48 28.05.2013

Amerikalı nüfuzlu senator Suriyaya getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Konqresində suriyalı müxaliflərin silahlandırılmasını dəstəkləyənlərdən olan respublikaçı senator Con Makkeyn Suriyaya gizli səfər edib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, 2008-ci ilin prezident seçkilərində Respublikaçıların namizədi olan və hələ də Konqresin ən nüfuzlu siyasətçilərindən olan Arizona senatoru Makkeyn dünən Türkiyə sərhədindən Suriyaya keçib və bir saat orada qaldıqdan sonra yenidən Türkiyəyə qayıdıb.

Makkeynin sözçüsü Raçel Den senatorun Suriyaya səfər etdiyini təsdiqləyib, amma detallara toxunmayıb.

"The Daily Beast" saytının xəbərinə görə, Türkiyə-Suriya sərhədində Azad Suriya Ordusu Ali Hərbi Şurasının sədri Səlim İdrisin müşayiət etdiyi Makkeyn müxalifət liderləriylə görüşüb. Azad Suriya Ordusu yetkililəri Makkeyndən ağır silahlar, uçuşa qadağan olunmuş bölgə, Suriya hökumətinin dəyişməsi və "Hizbullah"a qarşı hava hücumlarıyla bağlı dəstək istəyiblər. Müxaliflər həmçinin ABŞ-ın dəstəyinin artırılmasını istəyiblər. Səlim İdris "Daily Beast"ə verdiyi açıqlamada ABŞ-ın dəstəyinə ehtiyaclarının olduğunu, Makkeynin səfərinin çox kritik dövrə təsadüf etdiyini söyləyib.

Ağ Ev Makkeynin səfəriylə bağlı hər hansı açıqlama verməyib. ABŞ Dövlət Departamentinin bir rəsmisi isə Makkeynin Suriyaya getdiyindən xəbərdar olduqlarını söyləməklə kifayətlənib.

Qaynar.info