Xəbər lenti

Amnesty International: Rusiya cinayət törədib
Dünya09:19 30.06.2022

Amnesty International: Rusiya cinayət törədib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
5Mart ayında yüzlərlə mülki şəxsin sığındığı Ukraynanın Mariupol şəhərindəki teatra Rusiya hava zərbəsi endirib. Ən azı onlarla insanın ölümünə səbəb olan bu addım  açıq-aşkar müharibə cinayətidir.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə insan haqları təşkilatı Amnesty International bəyanat verib. 
Amnesty hesabatında Rusiya qüvvələrinin binanın mülki yer olduğunu bilərək,  qəsdən hədəfə aldığını və  eyni vaxtda partlayan 500 kiloqramlıq iki bombadan istifadə etdiyini bildirib. "Biz, hücumun Rusiya qüvvələri tərəfindən törədilmiş açıq-aşkar hərbi cinayət olduğu qənaətinə gəldik. Bu amansız hücumda çoxlu sayda insan yaralanıb və həlak olub",- Amnesty İnternational-ın baş katibi Agnes Kallamard deyib. 
Nurlan Hüseynov