Xəbər lenti

Amsterdamda polislə aksiyaçılar arasında toqquşma (VİDEO)
Dünya20:25 02.01.2022

Amsterdamda polislə aksiyaçılar arasında toqquşma (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandda antikovid məhdudiyyətləri ilə əlaqədar etiraz aksiyaları davam edir.
Qaynarinfo xəbər verir ki, paytaxt Amsterdamda polislə etiraz edənlər arasında ciddi toqquşmalar olub.
Bildirilir ki, etiraz aksiyasının təşkilatçıları tədbirin təhlükəsiz keçirilməsinə təminat verməyiblər. Bu səbəbdən yerli bələdiyyə, prokurorluq və polis nümayişi qadağan edib.
Bütün qadağalara baxmayaraq, minlərlə etirazçı bazar günü günortadan sonra Muzey Meydanına toplaşaraq yürüş keçiriblər.
Nümayişçilərin tələbi isə azadlıq və məhdudiyyətlərin aradan qaldırılması, xüsusən də karantin rejiminin ləğvi, mağaza və kafelərin açılması olub.
Bəzi etirazçılar hakimiyyətin nümayişçilər üçün müəyyən etdiyi marşrutdan kənara çıxmaq istəyib. Bu isə hüquq-mühafizə orqanları ilə toqquşmaya səbəb olub.
Polis əməkdaşları etirazçılara qarşı mühafizə itlərindən istifadə ediblər.
Xəyal
<iframe width="683" height="384" src="https://www.youtube.com/embed/34M87f-q6ks" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen=""> <iframe width="640" height="360" src="https://ria.ru/services/video/embed/1594397554-1594392631.html" frameborder="0" allowfullscreen="">