
ABŞ-da gənc ana sevgilisi ilə birlikdə 3 yaşlı qızı öldürərək, cəsədini soyuducuda gizlədib.
Qaynar.info xəbər verir ki, 23 yaşlı Sara Kryuqer qızı 26 yaşlı sevgilisi Rayan Uornerlə birlikdə yaşayırmış.
Qonşular tez-tez polisə onların evində səs-küy gəldiyini şikayətləniblər. Əvvəlcə evdə axtarış aparan polis heç bir qanun pozuntusuna rast gəlməyib. İkinci axtarış zamanı isə polis 3 yaşlı qızın itdiyini qeydə alıb. Evə növbəti baxış zamanı soyuducuda iri çantanın içərisində saxlanılan qızın cəsədi aşkar olunub.
Tibbi ekspertizanın rəyinə əsasən uşağın küt alətlə öldürüldüyü ortaya çıxıb.
Qatil ana və onun sevgilisi dərhal polis tərəfindən saxlanılıb. Onları 25 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qaynar.info