Xəbər lenti

Ana və övladı zəlzələdən 141 saat sonra xilas edildi
Dünya06:10 12.02.2023

Ana və övladı zəlzələdən 141 saat sonra xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Hatay şəhərinin Antakya rayonunda altımərtəbəli binanın dağıntıları altından ana və övladı sağ çıxarılıb.
Qaynarinfo xəbər verir ki, ana və övladın axtarış-xilasetmə əməliyyatı 9 saat davam edib.
Bildirilib ki, onlar zəlzələdən 141 saat sonra dağıntılar altından xilas ediliblər.
Həkimlərin ilkin yardımından sonra ana və övladı xəstəxanaya qaldırılıblar.