Xəbər lenti

Anar Kərimov İrana səfər edəcək
Sənət09:15 19.06.2022

Anar Kərimov İrana səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 20-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəniyyət və islam irşad nazirinin dəvəti ilə Tehrana səfər edəcək.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində Anar Kərimov İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili, milli irs, əl işləri sənayesi və turizm naziri İzəyullah Zərqami və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə ediləcək.