Xəbər lenti

Anası qərar verdi, qızını öldürdülər - FOTOLAR
Dünya09:48 27.10.2014

Anası qərar verdi, qızını öldürdülər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şarlotta Fitzmaurisenin 12 il əvvəl dünyaya gələn qızı Nansi doğulan kimi keçirdiyi bir xəstəliyə görə görmə qabliyyətini ibitib. O, nə görür, nə danışır, nə yeriyir, nə də yemək yeyirmiş, günün çox hissəsini acı çəkərək keçirirmiş. 
Qızının əzəb çəkməsinə dözməyən Şarlotta Fitzmaurise bir ananın verə biləcəyi ən ağır qərarı qəbul edərək məhkəməyə müraciət edib. O, qızının əzablardan qurtulmaq üçün öldürülməsini istəyib. Məhkəmə onun bu istəyini qəbul edib. Bundan 14 gün sonra isə Nansi öldürülüb.
Şarlotta Fitzmaurise İngiltərə mətbuatına bunları deyib: "Həkimlər qızımın 4 yaşınadək yaşayacağını demişdi. Amma 12 il xəstəxanalarda yaşatdıq. Morfin və digər güclü ağrıkəsicilərlə alışdığı üçün artıq ağrılarını kəsə bilmirdik. Qızım artıq rahatdı. Amma mən özümü heç vaxt bağışlamayacam".
Qaynar.info