
Türkiyə ilə Avropa İttifaqı arasında miqrasiyaya dair razılaşma işləməsə, Avropa Komissiyasının sədri Jan Klod Yunker avropalılara yeni qaçqın dalğası ilə bağlı cavab verməli olacaq.
Qaynarinfo.Az xəbər verir ki, bu açıqlamanı Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Ömər Çelik verib: "Əgər Türkiyə ilə bağlanmış müqavilələr işləməsə, Avropa Aleppo və Şimali Afrikadakı situasiya ilə bağlı əvvəlkindən iki və ya üç dəfə artıq miqrant dalğası ilə qarşılaşacaq. Onda cənab Yunker və başqa doastlarımız Avropa xalqına cavab verməli olacaq".
"Ankara Avropa İttifaqı ilə bağlanmış müqavilənin reallaşdırılmasını dayandıra bilərmi" sualını cavablayan Çelik bildirib ki, Ankara Aİ ilə razılaşmalarlına sadiqdir. Onun sözlərinə görə, Aİ-nin Türkiyə vətəndaşları ilə bağlı viza rejiminin ləğv olunmasının dıqiq tarixini açıqlaması readmissiya sazişinin yerinə yetirilməsinə təsir edəcək.
«İndiki halda biz terrorla mübarizə və başqa bu kimi qanunlara dəyişiklik edə bilmərik. Lakin bu məsələ Avropa İttifaqı daxilində müəyyən mexanizm yaradıldıqdan və ya hallar yaranarsa müzakirəyə çıxarıla bilər. Türkiyə öz üzərinə bu vəzifəni götürə bilər. Viza rejiminin liberallaşdırılması yalnız bu yolla qarantiya qazana bilər. Yoxsa Türkiyə bu qanunu dəyişdirə bilməz. Belə ki, ölkəmiz eyni vaxtda bi neçə terror təşkilatı ilə mübarizə aparmaq məcburiyyətindədir".
Qızılgül
Qaynarinfo.Az