Türkiyənin paytaxtı Ankarada əfqan miqrantların qaldığı binada yanğın hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə 5 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Ölən və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Əraziyə gələn yanğınsöndürənlər yanğını nəzarət altına alıb.
Məsələ ilə bağlı Ankara valisi Vasip Şahin açıqlama verib. Bildirilir ki, "İskitler Ata Sanayi Sitesi" yerləşən bina anbar və sığınacaq kimi istifadə edilib. Burada yaşayan əfqanlar şirkətdə kağız toplamaq, qruplaşdırmaqla məşğul olub.