Türkiyə nümayəndə heyəti ABŞ prezidenti Co Baydenin F-16 qırıcılarını Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil vermək vədini yerinə yetirmək üçün gələn həftə bazar ertəsi Vaşinqtona səfər edəcək.
Qaynarinfo "Thedefensepost"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar
bildirib.
Lakin eyni zamanda o, Ankaranın hələ də Türkiyə ilə Yunanıstan arasında münasibətlərin gərginləşməsindən narahatlığını bildirən Konqres üzvlərinin tətbiq etdiyi satış şərtlərinin əleyhinə olduğunu vurğulayıb.
Akar televiziya çıxışında "Biz bu şərtləri qəbul edə bilmərik. Ümid edirik ki, Senat bu şərtlərdən vaz geçəcək", - deyib.
NATO üzvü olan Türkiyə 2019-cu ildə Rusiyadan qabaqcıl raket hava müdafiə sistemi əldə etdiyi üçün F-35 qırıcı proqramından çıxarılıb və hazırda ölkə Amerikanın F-16-larını əldə etmək yolunda maneələrlə üzləşib.
M.Arif