Xəbər lenti

Ankaranı qana boyayanlardan daha birinin kimliyi bilindi - FOTO
Dünya06:38 17.03.2016

Ankaranı qana boyayanlardan daha birinin kimliyi bilindi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 13-də Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədənlərdən daha birinin kimliyi bəlli olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ikinci “canlı bomba”nın 26 yaşlı Özgür Ünsal olduğu dəqiqləşib. Onun Zonguldakda qeydiyyatda olduğu və uzun müddətdir ki Ankarada yaşadığı bildirilir. 

Xatırladaq ki, martın 13-də Ankarada törədilən dəhşətli terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Hücum sonrası aparılan istintaq nəticəsində terroru törədən birinci “canlı bomba”nın 24 yaşlı Seher Çala Demir olduğu təsdiqlənib.

Qaynar.info