Xəbər lenti

Şanlıurfada partlayış: Yaralılar var
Dünya09:47 04.12.2022

Şanlıurfada partlayış: Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakale rayonunda yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. 
Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Yaralıların həyati təhlükəsi yoxdur.
Rayon administrasiyasının məlumatına görə, partlayış istilik qazanı səbəbindən baş verib.
Partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən zərgərlik mağazasında qeydə alınıb. Yaralılar - mağazanın üstündəki mənzildə olan 6 nəfər xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində məhəllədə üç mağazaya ziyan dəyib.
Partlayış sonucunda səpələnmiş qızıl-zinət əşyaları toplanaraq mağaza sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.