Xəbər lenti

Antarktidada tropik meşələr: Alimlər dəqiq vaxtı açıqladı
Dünya15:30 26.08.2020

Antarktidada tropik meşələr: Alimlər dəqiq vaxtı açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Buğumayaqlıların DNA-sı Antarktidanın buzlaqlarının qitədən sonuncu dəfə nə zaman geri çəkildiyini bilməkdə elm adamlarına kömək edib. Buzda olan onurğasızların genomlarını digər növlərlə müqayisə edərkən məlum olub ki, Antarktidada təxminən 3.5-5.5 milyon il əvvəl buz olmayıb. 
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc edilib.
Xatırladaq ki, 5.3-2.6 milyon il əvvəl Dünya Okeanının temperaturu indikindən 1.9-3.6° C yüksək olub. O zaman Antarktida nəhəng sürünənlərin yaşadığı meşələrlə örtülü imiş. Daha sonra iqlim dəyişib və Antarktida buz təbəqəsi ilə örtülüb.
Bu örtük planetin ən böyük şirin su anbarıdır. Əgər əriyərsə, içməli su itkisi ilə yanaşı, bu, Dünya Okeanının 60 metrə qədər yüksəlməsinə səbəb olacaq. Hesab edilir ki, indiki ərimə sürəti davam edərsə, okeanın səviyyəsi 2100-də bir metrə, 2500-də 15 metrə yüksələcək. 
Qeyd edək ki, daha əvvəl Yaponiyadan bir araşdırma qrupu Şərqi Antarktidadakı Sirase buzlaqının dibində son dərəcə sürətli ərimə getdiyini müəyyən edib.