
Kanadanın Ontario əyalətində keçirilən anti-terror əməliyyatı zamanı polislər bir şübhəli şəxsi öldürüb.
Qaynarinfo.Az xəbər verir ki, əyalət polisi məlumat verib ki, əməliyyat yalnız bir şübhəliyə qarşı keçirilib.
Kanada mediasının bildirdiyinə görə, polislər Torontonun cənub qərbindən 225 km məsafədə yerləşən Stratroy şəhərindəki bir evə basqın edərək hələ keçən il sosial mediada “İslam Dövlətini” açıq-aşkar dəstəkləyən 24 yaşlı Aron Drayveri zərərsizləşdiriblər.
Polis məmuru Kanada Xəbər Agentliyinə bildirib ki, şübhəli ictimai ərazilərdən birində özünü partlatmaqla bombalı hücum həyata keçirməyi və beləliklə, kütləvi təlafata səbəb olmaq istəyirmiş.
Elçin Mahmud
Qaynarinfo.Az