Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib.
Qaynarinfo "Shimal.news”a istinadən xəbər verir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib.
İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.
Onun bir uşağının olduğu bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Şərhlər