Xəbər lenti

AP deputatı NATO-nun ləğv edilməsini istəyir
Dünya08:59 04.01.2024

AP deputatı NATO-nun ləğv edilməsini istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Parlamentinin İrlandiyalı üzvü Mik Uolles avropalıların xeyrinə NATO-nun ləğvinə çağırıb. 
Qaynarinfo xəbər verir ki, deputat bu barədə sosial şəbəkələrdə yazıb.
"Avropa NATO-nun müharibə maşınının mövcudluğunu dayandırdıqda daha yaxşı olacaq. Bunun nə Avropa İttifaqı vətəndaşlarına, nə də başqalarına təklif edəcəyi yaxşı heç nə yoxdur”, deyə Uolles bildirib.
Avropa Parlamentinin üzvü müharibələri dəstəkləyən və Şimali Atlantika Alyansının aqressiv dilini kopyalayan həmkarlarını qınayıb.
Bundan əvvəl Mik Uolles təklif bildirmişdi ki, Ukrayna müharibəsi Amerika hakimiyyətinin onu dayandırmaq istəməməsi səbəbindən davam edir. O qeyd edib ki, Avropa nə Ukraynada, nə də Qəzza zolağında atəşkəs istəmir, çünki ABŞ bunu istəmir.
Aydın