Niger prezidenti Məhəmməd Bazum çevrilişdən sonra istefa verməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press"ə prezidentə yaxın mənbə məlumat verib.
Onun sözlərinə görə, üsyançılarla prezident arasında danışıqlar davam edir.
Danışıqların təfərrüatları barədə məlumat verilmir. "Associated Press"in məlumatına görə, hərbçilər lider təyin etmədiyi və prezident hələ də təqaüdə çıxmadığı üçün hazırda Nigeri kimin idarə etdiyi hələ də aydın deyil.
Niger Prezident Qvardiyasının hərbçiləri iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan ediblər. Daha sonra üsyançılara Niger ordusunun komandanlığı dəstək verib.
Aydın