Rusiya xarici şirkətlərdən icarəyə götürdüyü 400 təyyarəni geri qaytarmalıdır.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Avropa Parlamenti deputatlarının qətnaməsində
deyilir.
Rusiya baş nazirinin müavini Yuri Borisov martın 31-də Rusiyanın xarici şirkətlərdən icarəyə götürdüyü təyyarələrin icarə müqavilələrinin ləğv edilməsindən sonra Rusiyada qalacağını bildirib.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Qərb şirkətlərini Rusiya hava yolları ilə 500 təyyarə üzrə lizinq müqaviləsini ləğv etməyə məcbur edib. Bu təyyarələrdən 78-i xaricdə olarkən müsadirə edilib, qalanı isə Rusiyadadır.
Rusiya beynəlxalq qaydalara zidd olaraq yeni qəbul etdiyi qanunla 10 milyard dollar dəyərindəki təyyarələri öz qeydiyyatına keçirib.
Təyyarələrin qeydiyyatda olduğu Bermud adaları və İrlandiya onların uçuş zəmanəti sertifikatını dayandırıb. Bu isə təyyarələrin uçmamalı olduğu deməkdir.
Avropa Parlamenti deputatları qətnamədə bu cür oğurluğun yolverilməz olduğunu və təyyarələrin hüquqi sahiblərinə qaytarılmalı olduğunu bildiriblər.
Parlamentarilər həmçinin lazımı təhlükəsizlik şərtlərini yerinə yetirə bilmədən bu təyyarələri Rusiya ərazisində istifadə etməklə öz əhalisinin həyatlarını təhlükəyə atdığına görə tək məsuliyyəti Rusiya rəhbərliyinin daşıdığını bildiriblər.
Nurlan Hüseynov