0Texnologiya nəhəngi "Apple” dünyanın ən dəyərli şirkəti titulunu Səudiyyə Ərəbistanının "Aramco" şirkətinə görə itirib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Aramco" 2 ilə yaxındır zirvədə olan "Apple"ı geridə
qoyub.
Çərşənbə günü Nyu Yorkda "Apple" səhmləri 5 faizdən çox ucuzlaşıb və ticarət gününü 2,37 trilyon dollarlıq birja dəyəri ilə başa vurub.
Beləliklə, dünyanın ən dəyərli şirkəti adı 2,42 trilyon dollar dəyərində neft və qaz hasil edən "Aramco"ya keçib.
Qeyd olunur ki, investorlar daha az riskli gördükləri aktivlərə keçərkən texnologiya şirkətlərindəki paylarını satırlar.
Xəyal Abdullayev
Şərhlər