İki gündür ki, İrəvanın Fransa meydanında yer almış qondarma rejimin bayraq adlandırdığı əski parçası ətrafında qarşıdurma bitmir. Belə ki, 8 aprel tarixində "Demokratik Qütb” hərəkatının bir qrup üzvü Fransa meydanında qondarma rejimin "bayrağ”ının üzərindəki ağ rəngli işarəni rəngləyərək ermənilərin iki yox, bir bayrağının olması gərəkdiyini bildiriblər.
Etirazçılar Ermənistanın bir neçə rayon mərkəzində də eyni addımı atıblar.
Qaynarinfo xəbər verir ki, bu gün də İrəvanın Azadlıq Meydanında Rusiya əleyhinə və Ukraynaya dəstək üçün keçirilən mitinq zamanı hərəkatın fəalları yenidən meydandakı qondarma rejimin bayrağını endirməyə cəhd ediblər. Amma buna etiraz edən bir qrup şəxslə aralarında qarşıdurma baş verib. Qarşıdurmanın qarşısını almaq məqsədi ilə meydana polis qüvvələri cəlb edilib.
Telman
<iframe width="810" height="456" src="https://www.youtube.com/embed/Tdx4YYMLvmg" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">