İdman 18:02 11.04.2023

"Araz Naxçıvan" klubu rəsmən Azərbaycan Premyer Liqasında

"Araz Naxçıvan" futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.

Qaynarinfo xəbər verir ki, bu, I Divizionun XXIV turunda gerçəkləşib.

"Qəbələ-2"yə 0:3 hesabı ilə uduzan MOİK liderə çatmaq şansını itirib. "Araz Naxçıvan" 54 xalla birinci, ordu klubu 38 xalla 4-cü sıradadır.

Beləliklə, Naxçıvan təmsilçisi növbəti mövsüm üçün elitaya vəsiqə qazanıb.

I Divizionda sona 6 tur qalsa da, yarışda 15 kollektiv yer aldığı üçün MOİK XXVI turda istirahət etməli olacaq

Qeyd edək ki, turnir cədvəlinin 2 -3-cü yerlərində Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları qərarlaşıblar.