Xəbər lenti

Arda Turan “Qalatasaray”a qayıdır
İdman19:22 03.08.2020

Arda Turan “Qalatasaray”a qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.
Qaynarinfo xəbər verir ki, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.
Ötən mövsümün qış fasiləsində "Qalatasaray”a keçmək üçün "Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə "sarı-qırmızılar”a qoşulacaq. O, "Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.
Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq. (unikal.org)