Xəbər lenti

Argentinada inflyasiya 60 faizə çatdı, etiraz aksiyaları başladı
Dünya08:12 10.07.2022

Argentinada inflyasiya 60 faizə çatdı, etiraz aksiyaları başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Minlərlə argentinalı ölkənin paytaxtı Buenos Ayresdə inflyasiyaya və milli borcun kəskin artmasına etiraz olaraq aksiya keçirib.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Bu arada Argentina prezidenti Alberto Fernandez çıxışında xalqı birliyə dəvət edib, həmçinin bütün siyasi qrupları milli birliyə doğru irəliləməyə çağırıb.
Dünyanın ən böyük soya və qarğıdalı istehsalçılarından biri olan Argentina 60 faizdən yuxarı inflyasiya, milli valyutanın dəyərinin kəskin azalması, yanacağın və əsas malların qiymətində kəskin artımla üzləşib.
Qeyd edək ki ,2022-ci ilin əvvəlində ölkə 44 milyard dollarlıq borcunu ödəmək üçün Beynəlxalq Valyuta Fondu ilə müqavilə imzalayıb. Bu müqavilə Argentinanın 2018-ci ildə təşkilatla uğursuz razılaşması ilə əvəz olunub.
M.Arif