Xəbər lenti

Argentinada müxalifət prezident seçkilərində qalib gəldi
Dünya04:40 28.10.2019

Argentinada müxalifət prezident seçkilərində qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Argentinada baş tutan prezident seçkilərinin nəticəsi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, artıq səslərin 91%-i hesablanıb. Müxalifət nümayəndəsi mərkəz sol koalisiyasının üzvü Alberto Fernandez 47,82% səs əldə edib və seçkinin qalibi olub. O, əsas rəqibi hazırkı prezident Maurisio Makrini üstələyə bilib. Sağ cinahı təmsil edən Makri 40,67% səs qazanıb. 
Qeyd edək ki, A.Fernandez 10 dekabrda vəzifəsinin icrasına başlayacaq.
Gülşən