Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.
	
 
Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.
	
Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.
	
             
            
Şərhlər