Xəbər lenti

Arif Babayevin vəziyyəti ağırlaşdı: Xəstəxanaya yerləşdirildi
Sənət11:05 11.10.2021

Arif Babayevin vəziyyəti ağırlaşdı: Xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.
Bu barədə "Report”a Xalq artistinin yaxınları məlumat veriblər.
A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib:
"Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini stabil qiymətləndirir”.
Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.