ABŞ ordusunun ilk qadın hərbi pilotu və Arizona ştatının senatoru Marta MakSalli təcavüzə məruz qaldığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Hava Qüvvələrinin sabiq üzvü olan MakSalli "Orduda cinsi zorakılıqlar" adlı məhkəmə prosesində iştirakı zamanı bu faktı açıqlayıb. O, yüksək rütbəli hərbçi tərəfindən zorlandığını bildirib:
"Çoxları kimi mən də sistemə inanmadığım üçün bunu heç kimə demədim. Özümü ittiham edirdim, çaşmışdım və utanc hiss edirdim. Fikirləşirdim ki, güclüyəm, amma o zaman zəif hiss edirdim. Uzun illər səssiz qaldım, lakin sonradan bu faktı başqalarına demək ehtiyacı hiss etdim. Bütün qurbanlar kimi sistemin məni yenidən zorladığını hiss etdim. Hərbidə seksual zorakılıq sahəsində çox işlər görülüb, lakin daha uzun yol qət etməliyik".
Qeyd edək ki, 52 yaşlı Marta MakSalli 26 il orduda xidmət edib. O, 2019-cu ildə Arizona senatoru kimi fəaliyyətə başlayıb.
Gülşən